Jurnalistlər Azərbaycan millisinə inanmır - SORĞU
10.06.2022 - 13:56
Jurnalistlər Azərbaycan millisinə inanmır - SORĞU

Azərbaycan yığması bu gün Millətlər Liqasının qrup mərhələsində 3-cü oyununa çıxacaq.

Apasport.az saytı Slovakiya ilə “Dalğa Arena”da baş tutacaq qarşılaşma ilə bağlı idman jurnalistləri arasında sorğu keçirib.

Təxminini bölüşən həmkarlarımızın çoxu millimizin nəinki qələbəsinə, heç 1 xal qazanacağına da inanmır. Canni de Byazinin yetirmələrinə güvənməyən 11 qələm əhlindən beşi 1:2, bir o qədəri isə 0:2 hesabını proqnozlaşdırıb. Heç-heçə gözləyən üç nəfər eyni hesabı (1:1) təxmin edib.

Yalnız bir jurnalist bu gün yığmamızın qələbəsinə inanır.

20:00. Azərbaycan – Slovakiya
Elsevər Məmmədov (qafqazinfo.az) – 0:2
Zaur Xudiyev (oxu.az) – 0:2
Mirbağırağa Cəfərli (azerisport.com) – 2:0
Elnur Məmmədli (CBC Sport) – 0:2
Təbriz Quliyev (report.az) – 1:1
Sənan Abdullayev (Xəzər TV) – 0:1
Kənan Həsənov (futbol+) – 1:2
Əli Sahib (fanat.az) – 1:2
Teymur Maksutov (1news.az) – 1:2
Elçin Cəlilov (futbolpress.az) – 1:1
Sənan Şəfizadə (ATV) – 1:1
Həbib Aslanov (sportinfo.az) - 0:2
Səbuhi Məmmədli (lent.az) – 1:2
Ulucay Akif (kulis.az) – 1:2
Vüqar Xeyrullayev (apasport.az) – 0:2

0