Kadinin "Qarabağ"a qoşulacağı tarix bəlli olub
09.02.2025 - 17:55

“Qarabağ”ın yenidən heyətinə qatdığı Kadi Borges hələ ki komandanın məşqlərinə qatılmayıb.
Apasport.az-ın əldə etdiyi məlumata görə, buna səbəb braziliyalının Macarıstana yollanmasıdır.
Borges artıq “Ferentsvaroş”un düşərgəsini ziyarət edib, sabiq komanda yoldaşları ilə görüşüb, əşyalarını da yığaraq bu gün Bakıya yola düşüb.
Kadinin bu gün axşam saatlarında paytaxtımızda olacağı və sabah komandanın oyunöncəsi məşqində fərdi məşq gözlənilir.
Qeyd edək ki, Kadi Borges “Ferentsvaroş”dan ayrılıb və “Qarabağ”la 4 illik müqavilə imzalayıb.
- "Neftçi" Bayılda 3 xalı qopartdı - YENİLƏNİB
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- "Zirə"nin legionerləri milli komandalarına dəvət alıblar
- “Şamaxı” onlarla da müqavilə müddətini uzadıb
17
0