“Bugünkü rəqib çox güclüdür. Bunu unutmayaq. Amma zəif komandaların da 90 dəqiqə ərzində bir və ya iki qol vurmaq şansı olur”.
Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandanın sabiq futbolçusu Kamal Quliyev deyib.
O, Avropa Liqasının qrup mərhələsinin bu gün baş tutacaq “Bayer” - “Qarabağ” matçı barədə fikirlərini bildirib: “Həmin komanda bu imkanları qaçırmasa, istənilən rəqibi uda bilər. Bu gün bizim Avropada üzümüzü ağ edən, tanıdan “Qarabağ”dır. Artıq “Qarabağ” Avropanın oturuşmuş bir komandasıdır. Yeni uğurlar qazanmaq istəyirik”.
Quliyev “Qarabağ”ın Leverkuzendə uğur qazanmasının yollarını da göstərib: “Daha çox standart vəziyyətlərə fikir verməlidirlər. Çox diqqətli olmalıdırlar rəqibin əks-hücumlarına tuş gəlməmək üçün ehtiyatlı davranmalıdırlar. “Qarabağ”in qrupdan çıxacağına inanıram. Amma bu futboldur, ümid edirəm ki, komandamız layiqli oyun sərgiləyib, evə ən azından bir xalla dönəcək”.
Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyada "Bayer"in qonağı olacaq. “Bay Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- "Sumqayıt"ın əvəzedicilərindən daha bir biabırçılıq - Yenə texniki məğlubiyyət verildi
- Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarılıb - FOTO
- "Qarabağ"ın baş məşqçisi beş oyunluq cəzalanıb
- "Sumqayıt" "Neftçi" ilə oyunda azarkeşlərin təhqiramiz şüarlarına görə ziyana düşüb
- "Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"