
Türkiyə Super Liqa təmsilçilərindən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı Jorj Mikautadze ("Lion") və Paulo Dibalanın ("Roma") transferi barəsində hələ ki heç bir təklifin olmadığını bildirib:
“Mikautadze bəyəndiyimiz futbolçudur. 3 ildir, biz onu yaxından izləyirik. O, vacib oyunçudur, lakin hazırda heç bir futbolçuya prioritet kimi yanaşmırıq. Dibala kimi bir oyunçunu hər bir baş məşqçi heyətində görmək istəyir. Amma təbii ki, bu, klubun iqtisadi gücündən aslıdır”.
Qeyd edək ki, “sarı-qırmızılılar” Türkiyə Super Liqasında 44 xalla 1-ci sırada qərarlaşıb.
- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- “Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
- Enzonu ver, Rodriqonu al: "Real"dan "Çelsi"yə barter təklifi