Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ile kamandan oxatma üzrə Bakı Şəhər Kubokunun II mərhələsi keçiriləcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Kamandan Oxatma Federasiyası açıqlayıb.
Oxatanlar iki kateqoriya üzrə hədəf qarşısına keçərək kubok uğrunda mübarizə aparacaqlar. Reqlamentə əsasən, U-15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar.
İyunun 26-da oxatanların sınaq və hazırlıq atışları, həmçinin U-15 kateqoriyası üzrə əsas yarışlar təşkil olunacaq. İyunun 27-də böyüklər kateqoriyasında çıxış edən idmançıların əsas yarış mərhələləri reallaşacaq.
Turnirin sonuncu günündə, yəni iyunun 28-də isə qaliblərin adlarını müəyyən edəcək həlledici final görüşləri və idmançıların mükafatlandırılması mərasimi keçiriləcək.
Olimpiya sistemi əsasında təşkil olunacaq qarşılaşmalarda fərqlənən idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif ediləcəklər.
Qeyd edək ki, yarış 26–28 iyun tarixlərində Hövsan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO