Kamran Quliyev: “Necə olacağını görəcəyik”
19.07.2023 - 11:02
Kamran Quliyev: “Necə olacağını görəcəyik”

“Spartak”la növbəti yoxlama oyununun keçiriləcəyini açıqlamamışıq. Lakin əməkdaşlıq barədə memorandum var”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

O, “ağ-qaralar”ın Moskvada “Spartak”a qarşı keçirdiyi yoxlama oyunundan sonra “Matç TV”yə açıqlama verib. Quliyev iki klub arasında əməkdaşlıqla bağlı imzalanan memoranduma toxunub: “Matçın bu il keçirilməsi alınmasından asılıdır. Bununla bağlı danışacağıq. “Spartak”ın yeni baş direktoruna uğurlar arzulayıram. Onunla bundan sonra da əlaqə saxlayacağıq. Bu memorandum sənəddir. Necə olacağını isə görəcəyik. Ümid edirəm ki, hər iki klub üçün faydalı olacaq. Həmçinin, Azərbaycan futbolunun burada, Rusiya futbolunun isə ölkəmizdə populyarlaşmasına xidmət edəcək. Zaman hər şeyi göstərəcək. Biz nikbin yanaşırıq. Əməkdaşlıq təkcə yoldaşlıq oyunundan ibarət deyil. Bu, geniş spektri əhatə edir. Sonra bunları da açıqlayacağıq. Hər şey yaxşıdır. Düşünürəm ki, “Zenit”lə də belə işləyəcəyik. Kağızlar yaxşıdır, lakin danışmaq, işləmək də lazımdır. Düşünürəm ki, “Zenit” və “Spartak”la yaxşı dostluq münasibətlərimiz olacaq”.

Qeyd edək ki, “Neftçi” “Spartak”la görüşdə 0:2 hesabı ilə uduzub.

0