Kante “Qarabağ” üçün Azərbaycana gəlir
31.08.2023 - 17:24
Kante “Qarabağ” üçün Azərbaycana gəlir

Transfer çalışmalarını davam etdirən “Qarabağ”ın heyətinə qata biləcəyi daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Ueska”nın hücumçusu Abobakari Kante karyerasını Azərbaycan çempionunda davam etdirə bilər.

29 yaşlı futbolçunun xidmətləri Ağdam klubuna təklif olunub. İspaniya klubunun forvardı “Qarabağ”a keçidi real görünür. 

Bu transfer reallaşmağa yaxın olsa da, Kante digər bir kluba da təklif edilib. Onun İspaniya təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Qeyd edək ki, Qambiya millisinin forvardı karyerası ərzində “Paris”, “Bastiya”, “Brügge”, “Le Man”, “Fuenlabrada” komandalarında oynayıb. O, 2022-ci ildə “Ueska”ya keçib.

0