Karateçilərimizdən 7 medal
15.11.2023 - 21:22
Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq yarışda Azərbaycan karateçiləri 7 medal qazanıblar.
Apasport.az xəbər verir ki, Asiman Qurbanlı və Mədinə Sadıqova "Moskva Vselennaya" turnirində bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələniblər.
Final döyüşündə məğlub olan Rafiz Həsənov isə gümüş medal əldə edib.
Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, turnirdə 27 ölkədən 331 karateçi mübarizə aparıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0