Karrasko Bakıda özünü İnzagiyə bənzətdi - vurduğu qola görə
09.09.2023 - 23:25
Karrasko Bakıda özünü İnzagiyə bənzətdi - vurduğu qola görə

“Etiraf edim ki, qol zamanı bəxtimiz gətirdi”.

Apasport.az-ın məlumatına görə, bunu Azərbaycan – Belçika matçında vurulan yeganə qolun müəllifi Yannik Karrasko deyib.

AVRO-2024-ün seçmə mərhələsinin səfər matçında qələbə qazanan Belçika yığmasının üzvü əsas hədəfin üç xal qazanmaq olduğunu bildirib. Karrasko fərqləndiyi vəziyyəti məşhur italiyalı hücumçu Filippo İnzaginin qolları ilə müqayisə edib: “Unutmayaq, Pippo İnzagi də tez-tez belə şanslı qollar vururdu. Fərqləndiyimə görə, çox şadam. Çətin səfər matçında vacib üç xal əldə etdik. Meydançanın vəziyyəti yaxşı deyildi. Azərbaycan yığmasının itirəcəyi heç bir yox idi. Rəqib komanda son dəqiqələrdə fərqlənmək şansı var idi”.

Qeyd edək ki,  Azərbaycan yığması seçmə mərhələsində öz meydanında keçirdiyi ikinci oyundada qələbə qazana bilməyib. Komandamız ilk görüşdə Estoniya ilə 1:1 hesabı ilə heç-heçə oynamışdı.
 

0