"Karvan" qış fasiləsini gözləyir: Yeni transferlər olacaq
08.12.2025 - 17:09
"Karvan" qış fasiləsini gözləyir: Yeni transferlər olacaq

Misli Premyer Liqası təmsilçilərindən "Karvan-Yevlax" qış transfer pəncərəsində heyətə əl gəzdirəcək.

"Apasport"un əldə etdiyi məlumata görə, baş məşqçi postuna Füzuli Məmmədovu gətirən Yevlax klubu qışda heyətinə bir neçə futbolçu qatacaq.

Liqada və ölkə kubokunda ardıcıl çətin "Qarabağ" matçlarıyla "Karvan" karyerasına start verən Məmmədov artıq daha əvvəl yetirməsi olmuş, yaxşı tanıdığı bir neçə futbolçuyla ilkin danışıq aparıb və onları qışda komandaya qoşulmaqları üçün razı salıb.

Təcrübəli mütəxəssis fasiləyə qədərki 2 oyundan maksimum xal toplamağa çalışacaq və transfer mövsümündə heyəti daha optimal vəziyyətə gətirəcək.

Xatırladaq ki, ötən mövsüm 1-ci Liqa təmsilçisi "Mingəçevir"i turnir cədvəlində son sıralarda təhvil alan Məmmədov, ardıcıl qələbələrlə komandanı liqada saxlamağı bacarmışdı.

Qeyd edək ki, "Karvan-Yevlax" geridə qalan 14 turdan sonra Misli Premyer Liqasında 5 xalla 12-ci - son pillədə qərarlaşıb.