"Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi dəyişib
19.11.2025 - 17:17
"Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi dəyişib

Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.

Apasport.az xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün "Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi Rauf Cabarov olacaq.

Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.

"Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.