
"Turan Tovuz" tarixində ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIX turunda, “Kəpəz”lə oyunda (5:2) reallaşıb.
“Kəpəz” isə 11 il 8 aydan sonra bir matçda 5 və ya daha çox qol vurub. Gəncəlilər sonuncu dəfə 2013-cü il mayın 13-də “Turan”la səfər qarşılaşmasında belə məhsuldar olub – 5:3.
“Kəpəz”in ev matçında 5 və ya daha çox qol vurması isə sonuncu dəfə təxminən 19 il – konkret desək, 18 il 8 ay öncə qeydə alınıb. Gəncə təmsilçisi 2006-cı il mayın 29-da MOİK-i 5:3 hesabı ilə üstələyib.
Qeyd edək ki, 7 qolun vurulduğu görüş həm də mövsümün ən məhsuldar qarşılaşması adına şərik olub. Oktyabrın 4-də baş tutuan “Kəpəz” – “Neftçi” matçında da eyni sayda qol vurulub – 4:3.
- Faiq Hacıyev: "Davamlı olaraq milliyə dəvət olunmaq istəyirəm"
- “Qəbələ”nin ispan futbolçusu: “Qarabağ” "Atletik"lə oyunda yaxşı nəticə əldə edə bilər"
- "Qəbələ" De Blekeri axtarır: "Görəsən bu epizodu görüb?"
- "Atletik" - "Qarabağ" matçının hakimi açıqlanıb
- Ukrayna klubunun Zamiq Əliyev planı yenə alınmadı