“Kəpəz” “Dauqavpils”in futbolçusunu istəyir
26.06.2023 - 09:59
“Kəpəz” “Dauqavpils”in futbolçusunu istəyir

“Dauqavpils” forması geyinən Ramin Nəsirli Azərbaycana qayıda bilər. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, yarımmüdafiəçiyə “Kəpəz”dən ciddi təklif gəlib. 

“Neftçi”yə məxsus olan futbolçu Gəncə klubunun məşqçilər korpusunun maraq dairəsindədir. “Kəpəz” onun keçidini yaxın vaxtlarda həll etmək istəyir. Amma Nəsirlinin legioner həyatı yaşamaq istəyi bu keçidə mane ola bilər.

0