“Kəpəz” və Sloveniyanın “Selye” klubunun rəhbərliyi arasında görüş keçirilib.
Apasport.az xəbər verir ki, görüşdə Gəncə təmsilçisinin İdarə Heyətinin sədri Namiq Qədirov, üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov, “Selye”nin prezidenti Valeri Kolotilo, klubun idman direktoru Qennadi Qolubin və Baş Əməliyyat Direktoru Zoran Podkoritnik işitrak ediblər.
Görüşdə tərəflər arasında bir sıra məsələlər müzakirə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşma klublar arasında mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlərin və dəstəyin göstərilməsini əhatə edir.
Qeyd edək ki, 1919-cu ildə yaradılan “Selye” 2 dəfə Sloveniya çempionatının və kubokunun qalibi olub. Sele şəhərinin təmsilçisi 2024-2025-ci illər mövsümündə UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə kimi irəliləyib.
- "Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb
- Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
- Günün oyunları bu kanallarda
- Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 30 illik yubileyi qeyd olunub
- “Araz-Naxçıvan” “Benfika” ilə qarşılaşacaq