Misli Premyer Liqasının IV turu “Kəpəz” üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, Gəncə klubu müstəqillik illərində 1000-ci rəsmi oyununu keçirib.
Qərb təmsilçisi bu yubileydə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.
“Kəpəz” Azərbaycanmiqyaslı yarışların keçirilməyə başladığı 1992-ci ildən indiyədək Premyer Liqada (əvvəlki güclülər dəstəsi) 686, I Liqada (əvvəllər birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik kubokunda 13 qarşılaşmaya çıxıb.
“Kəpəz” bu görüşlərdə 415 qələbə qazanıb. 209 heç-heçəsi olan komanda 376 dəfə uduzub.
Yalnız 2006-09-cı illərdə üç mövsümlük fəaliyyətini dayandıran “Kəpəz” müstəqillik illərindəki oyun sayında ancaq “Qarabağ” və “Neftçi”dən geri qalır.
Qeyd edək ki, “Kəpəz” müstəqillik illərində ilk oyununu 1992-ci il mayın 3-də “Turan”a qarşı keçirib. Gəncə təmsilçisi ilk ölkə çempionatının açılış günündə 2:1 hesablı qələbə qazanıb.
- “Şirvan” və “Qaradağ Lökbatan”dan qələbə
- Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri bəlli olub
- Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
- Əvəzedicilər Liqası: IX turun təyinatları bəlli olub
- Rauf Əliyev "Vikinq"in təhlükəli tərəfini açıqladı: "Bu bizə çətinlik yarada bilər"