"Kəpəz"də seneqallı legioner
22.08.2023 - 12:26
"Kəpəz"də seneqallı legioner

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu Gəncə təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Qərblilər seneqallı Latir Falın keçidini rəsmiləşdirib. Onunla 1+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, yarımmüdafiəçinin son klubu Portuqaliya təmsilçisi "Eştrela" olub.
 

0