"Kəpəz"dən yeni həmlə: Afrikalı futbolçu ilə danışıqlar başladı
15.08.2025 - 10:08
Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir legioneri heyətinə qata bilər.
Apasport.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi Donald Donqo ilə danışıq aparır.
22 yaşlı yarımmüdafiəçi hazırda klubsuzdur.
Yaxın günlərdə afrikalının "Kəpəz"ə keçidinin ba tutub-tutmayacağı dəqiqləşəcək.
Qeyd edək ki, Fil dişi Sahilindən olan Donqo karyerasına Qabonun “Nquene Asuku” klubunda başlayıb. Sonradan isə Belarusun “Dnepr” (Moqilev) klubuna keçən vinger ötən mövsümə qədər BATE (Borisov) forması geyinib.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
0
0