"Kəpəz"ə yeni avtobus təhvil verildi
01.03.2024 - 12:18
"Kəpəz" üçün alınan avtobus kluba təhvil verilib.
Apasport.az xəbər verir ki, avtobus əsas komandanın istifadəsində olacaq.
Nəqliyyat vasitəsi Cənubi Koreyanın dünyaca tanınmış "Daewoo" şirkətinin istehsalıdır. Avtobus klubumuzun rənglərinə uyğun formada bəzədilib, üzərində Kəpəz dağı əks olunub.
Avtobus “Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb.
"Kəpəz" üçün əldə olunan nəqliyyat vasitəsi ilə bağlı maliyyə hesabatı yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
0
0