
Azərbaycan Premyer Liqas təmsilçisi "Kəpəz" yeni sponsorluq müqaviləsi bağlayıb.
Apasport.az xəbər verir ki, "Unibank" Gəncə klubunun titul sponsoru olub.
Bu gün tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Unibank" klubun əsas sponsoru qismində çıxış edərək "Kəpəz"in inkişafına maliyyə dəstəyi göstərəcək.
"Unibank" KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov klubla imzalanan müqaviləni bankın idmana dəstək strategiyasının davamı kimi qiymətləndirib: “Unibank"ın ölkə idmanına, xüsusilə də milli futbolumuzun inkişafına dəstəyinin tarixi uzun illərə dayanır. Bank olaraq, bu sahədə müəyyən ənənələr formalaşdırmışıq. İndi isə bu ənənəni Azərbaycanın ən sevilən bölgə klublarından biri olan "Kəpəz" PFK ilə davam etdirməkdən şadıq. Bu müqavilə yalnız sponsorluq deyil – bölgə üçün sosial və emosional əhəmiyyət daşıyan bir mesajdır. Ümid edirik ki, birlikdə uğurlu və uzunmüddətli yol qət edəcəyik”.
"Kəpəz"in İdarə Heyətinin üzvü Fərman Əlizadə bu dəstəyi klubun yeni mərhələyə keçidi üçün mühüm addım kimi qiymətləndirib: “Unibank”ın bizim çətin dövrümüzdə yanımızda olması və bu əməkdaşlığa səmimi inancla yanaşması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu müqavilə təkcə maliyyə tərəfdən deyil, mənəvi baxımdan da böyük dəstəkdir. Ümid edirik ki, bu tərəfdaşlıq nəticəsində klubumuz keçmiş şöhrətini yenidən qazanacaq”.
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- Rəşad Sadıqovdan Yurçeviçə cavab: “Özünün Azərbaycanda müqaviləsi necə olub?”
- Qismət Alıyev: “Oyuna tam hazırıq”