"Kəpəz"in futbolçusu məşqlərə başlayıb
19.12.2024 - 13:53

"Kəpəz" klubunun zədəsini sağaldan futbolçusu İlkin Qırtımov məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti açıqlama yayıb:
"Bərpaedici xarakter daşıyan çalışmalar həkimlərin tövsiyyələri əsasında məşqçilərin nəzarəti altında aparılır. Təcrübəli müdafiəçi zal şəraitində yüngül hərəkətlərlə fitnes məşqləri keçir, meydanda müxtəlif məsafələrə qaçışla fiziki hazırlığını artırmağa çalışır".
Qeyd edək ki, Qırtımov noyabr ayında əməliyyat olunmuşdu.
- "Turan Tovuz"un kapitanı: "Öz məsələmizi özümüz həll etməliydik”
- Bədavi Hüseynov millinin heyətindən çıxarılıb
- İlham Əliyev dünya çempionu olan milli komandanın üzvlərini qəbul edib
- Avrokuboklardan sonra o da "Turan"ın əlindən çıxır - "Zirə" Aleksi istəyir
- Bombardir "Neftçi"yə qayıdır? - "Sabah"la müqaviləsi bitir
0
0