"Kəpəz"in futbolçusu: “Qarabağ”la matça çox yaxşı hazırlaşırıq"
26.01.2024 - 15:55
"Kəpəz"in futbolçusu: “Qarabağ”la matça çox yaxşı hazırlaşırıq"

"Qarabağ"la matça xal qazanmaq üçün çıxacağıq".

Apasport.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Vüsal Məsimov “Qarabağ”a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının XX turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

23 yaşlı müdafiəçi Premyer Liqanın 19-cu turunda "Turan Tovuz"u məğlub etdikləri oyun barədə danışıb:  “Ağır oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də keçdi. Çünki Qərb derbisi həmişə ağır olur. Həm azarkeş baxımından, həm də atmosfer baxımından. Qələbə qazandığımız üçün çox sevincliyik”.

V. Məsimov 20-ci turda keçiriləcək "Qarabağ" görüşündən də bəhs edib: “Qarabağ”la matça çox yaxşı hazırlaşırıq. Onların gücü hər kəsə bəllidir, çempionatda liderlik edirlər. Buna baxmayaraq, meydana xal qazanmaq üçün çıxacağıq. Düzdür, "doğma divarlar" arasında oynamayacağıq. Ancaq azarkeşlərimiz Qəbələdə də bizi tək qoymurlar. Xüsusən ev matçlarında maksimum xal toplamağa çalışacağıq”.

Qeyd edək ki, yanvarın 27-də keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 15:00-da Qəbələ şəhər stadionunda start götürəcək.

 

 

0