“Kəpəz”in futbolçusuna ÜÇ TƏKLİF
20.05.2023 - 10:59
“Kəpəz”in futbolçusuna ÜÇ TƏKLİF

“Kəpəz”in futbolçusu Mate Kvirkviya növbəti mövsümdə də Azərbaycanda çıxış etmək təklifi alıb.

Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi özünü yaxşı tərəfdən göstərən 27 yaşlı yarımmüdafiəçini heyətində saxlamağa qərar verib.

Qərblilər gürcüstanlı legionerə yeni müqavilə təklif edib. Lakin solaxay cinah yarımmüdafiəçisi “Kəpəz”ə cavab verməyə tələsmir.

Mate digər variantları da nəzərdən keçirir. O, Misli Premyer Liqasının daha iki klubunun transfer siyahısındadır. “Turan Tovuz” və “Qəbələ” də Kvirkviyaya təklif göndərib.

Onun müqaviləsi iyunun 30-da başa çatacaq. Mate bunadək “VİT-Corciya”, “Dila”, “Torpedo”(Kutaisi), “Rustavi”, “Dinamo” (Batumi), “Dinamo” (Tbilisi), “Qaqra”, “Samtredia” klublarında oynayıb.

Qeyd edək ki, legioner cari mövsüm Premyer Liqada keçirdiyi 32 oyunda 2 qol vurub.

0