"Kəpəz"in legionerləri bilet alıb azarkeşlərə payladı
28.03.2023 - 23:54
"Kəpəz"in legionerləri bilet alıb azarkeşlərə payladı

“Kəpəz”in əcnəbi futbolçuları Georgi Kantariya, Mate Kvirkviya və Yeqor Xvalko azarkeşlərə jest edib.

Apasport.az xəbər verir ki, onlar öz hesablarına “Kəpəz” – “Səbail” matçına 54 bilet alaraq azarkeşlərə paylayıblar.

Gəncədəki “Novruz” yarmarkasında fəaliyyət göstərən “Fan Shop”dan bilet alan futbolçular şəhərin mərkəzində biletləri azarkeşlərə veriblər. Onların bu təşəbbüsü maraqla qarşılanıb.

Qeyd edək ki, aprelin 1-də Gəncədə keçiriləcək “Kəpəz” – “Səbail” matçına saat 15:30-da start veriləcək.

0