Keyn zədədən sonra İngiltərə yığmasına qoşulub
07.10.2024 - 18:01
Keyn zədədən sonra İngiltərə yığmasına qoşulub

"Bavariya"nın hücumçusu Herri Keyn "Ayntraxt"la matçda (3:3 bərabərə) zədələnib.

Apasport.az xəbər verir ki, ulduz hücumçu zədəli olsa da, İngiltərə millisinin olduğu yerə yollanıb.

Bu barədə Almaniya klubu məlumat yayıb:

“Zədəyə görə əvəzlənməli olan Keyn Frankfurtdan İngiltərə düşərgəsinə yola düşüb və həkimlər tərəfindən müayinə olunub. Daha dəqiq diaqnoz hələ qoyulmayıb” .

Qeyd edək ki, İngiltərə yığması Millətlər Liqası çərçivəsində 10 oktyabrda Yunanıstanı qəbul edəcək. Oktyabrın 13-də isə Finlandiyaya səfər edəcək. 

0