“Abşeron”un baş məşqçisi: “Sabah”a qarşı oyunu çevirmək mümkünsüz idi”
21.12.2024 - 15:35
“Abşeron”un baş məşqçisi: “Sabah”a qarşı oyunu çevirmək mümkünsüz idi”

"Abşeron"un baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, "Sabah"la matç barədə fikirlərini bölüşüb:

"Sabah"ın bu liqanın ən keyfiyyətli komandası olması danılmaz faktdır. Buna qədər bir neçə oyunda ciddi itkilərlə oyunlara çıxırdılar, amma bu dəfə tam heyətlə bu matçda çıxış etdilər. Xüsusilə, Hassani Qravetin geri dönməsi rəqibin bir çox əsas problemlərini aradan qaldırdı. Daha bir nüans isə "Sabah"ın son görüşü məğlub başa vurması idi. Məhz buna görə bizə qarşı aşırı sərt oynadılar.  Oyun qaydalarının icazə verdiyi həddən də bir qədər sərt. Hakimlər də buna icazə verdi. Reallıqda biz də buna qarşılıq verib o tərzdə oynamalıydıq. Lakin bunu bacarmadıq. Konsentrasiyanı 1 və 2-ci periodlarda itirdik. Sonradan toparlansaq da bu qədər fərqlə önə keçən "Sabah"a qarşı oyunu çevirmək mümkünsüz idi. Liqada digər komandalar bir-birinə bərabər səviyyəli klublardır. Onlarla oyunlarda belə fərqləri qapamaq mümkün ola bilər , amma "Sabah"la dediyim kimi bu mümkünsüzdür. Bizə yaxşı dərs verdilər. Mənim və oyunçularım üçün bəzi məğlubiyyətlər xoş gəlir. Bunlardan nəticə çıxardırıq. Bu məğlubiyyətin də o qəbildən bir məğlubiyyət olduğunu düşünürəm. "Naxçıvan"la matçımız var və bu gün olan hadisələrin o qarşılaşmada bizə müsbət təsirlərinin olacağını düşünürəm. Amma hər zaman dediyim kimi günlük performanslar çox vacibdir. Biz elə "Sabah"la matça, qarşıda bizi gözləyən "Naxçıvan"la oyuna da rəqibin kimliyinə önəm vermədən hazırlaşırıq. Belə fərqlə məğlubiyyətə rəğmən biz pis durumda deyilik. Hədəfimiz ilk 3-lükdə qalmaqdır və bunu bacaracaq heyətimiz var.

0