Kikboksinq millilərinin heyətinə düşmək üçün turnir başlandı - FOTOLENT
06.12.2022 - 19:36
Kikboksinq millilərinin heyətinə düşmək üçün turnir başlandı - FOTOLENT

Bu gün Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında Respublika Kuboku start götürüb.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, "Low kick" və "Full Contact" versiyası üzrə keçirilən yarış 2023-cü il üçün millilərin heyətini müəyyənləşdirmək üçün keçirilir.

Yarışda 554 idmançı (354 yeniyetmə və gənc, 200 böyük kikboksçular) çempionluq üçün mübarizə aparır.

Qeyd edək ki, dekabrın 9-u saat 16:00-dan etibarən yarışın qala gecəsi baş tutacaq. Qala gecədə böyüklər arasında seçilmiş 10 final görüşü keçiriləcək.

0