UEFA Konfrans Liqasında final qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirilə bilər.
Apasport.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinadakı "Ayasofya" arenasında keçiriməsi planlaşdırılan final görüşünün təhlükəsizlik tədbirləri səbəbindən Macarıstanda oynanılması ehtimalı var.
Yerli hüquq-mühafizə orqanları ölkədə qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir. Bu səbəbdən matç Budapeştəki "Puşkaş Arena"da baş tuta bilər.
Qeyd edək ki, Konfrans Liqasının finalında "Olimpiakos" və "Fiorentina" kollektivləri üz-üzə gələcək. Matç mayın 29-u saat 23:00-da start götürəcək.
- Serbiya Superliqasının baş katibi PFL-də – Əməkdaşlıq perspektivləri müzakirə olundu
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
- "Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu
- Yoxlama matçı: "Turan Tovuz" "Fatih Karagümrük"ə qarşı
- Kamal Umudluya avrokubok təyinatı – Albaniyada fit çalacaq