KL: Musa oynadı, “Yurqorden” uduzdu
27.07.2023 - 23:34
KL: Musa oynadı, “Yurqorden” uduzdu

Musa Qurbanlı “Yurqorden”in heyətində növbəti oyununa çıxıb.

Apasport.az-ın məlumatına görə, onun çıxış etdiyi komanda öz meydanında uduzub.

Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Yurqorden” öz meydanında “Lütsern”i qəbul edib. Musa Qurbanlı komandanın start heyətində yer alıb. İsveç təmsilçisi erkən qol vuraraq, hesabı açsa da, üstünlüyü qorumaq mümkün olmayıb. Qonaqlar iki qol vuraraq, böyük üstünlük qazanıblar. Oyunda fərqlənə bilməyən Musa 63-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu, Azərbaycan yığması üzvünün “Yurqorden”in heyətində ikinci matçı olub. Qurbanlı iyulun 22-də “Elfsborq”la qarşılaşmada oyuna sonradan daxil olmuşdu.
 

0