Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlandı
10.02.2024 - 16:18
Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlandı

İsveçrənin SGS şirkəti 2023-cü ildə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubunda qeyd olunub ki, Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur.

Həmçinin məktubda Klubların Lisenziyalaşdırılması Departamenti 2024/25-cü illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malik olduğu qeyd edilib.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

0