Konkisürənimiz Estoniyaya gedir
07.02.2024 - 16:19
Konkisürənimiz Estoniyaya gedir

Azərbaycan atleti daha bir mötəbər turnirdə qüvvəsini sınayacaq.

Apasport.az xəbər verir ki, fiqurlu konkisürənimiz Vladimir Litvintsev Estoniyada beynəlxalq turnirdə iştirak edəcək.

Təmsilçimiz sözügədən ölkədə təşkil olunacaq “Tallink Hotels Cup”da qüvvəsini sınayacaq.

Reqlamentə əsasən idmançılar fevralın 15-də qısa proqramla buz üzərinə çıxacaqlar. Mükafatçılar sırasında yer alacaq idmançıların kimliyinə isə, ertəsi gün baş tutacaq sərbəst proqram yarışlarından sonra aydınlıq gələcək. Turnirin təşkilatçıları kişilərin mübarizəsində 12 konkisürənin yarışacağını açıqlayıb.

0