Krakov-2023: Millimiz qrup sonuncusu oldu - YENİLƏNİB
29.06.2023 - 19:01
Krakov-2023: Millimiz qrup sonuncusu oldu - YENİLƏNİB

Krakov-2023 III Avropa Oyunlarına çimərlik futbolu yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün qrup mərhələsində III turun oyunları keçirilir.

Azərbaycan yığması qrupda son sınağına çıxıb. Polşaya 2:7, Portuqaliyaya 2:5 hesabı ilə uduzan millimiz bu dəfə İspaniya ilə görüşüb.

Zeynal Zeynalovun yetirmələri bu dəfə də məğlubiyyətlə üzləşib – 1:7. Yekunda qrupda sonuncu olan komandamız 5-8-ci yerlər üçün mübarizə aparacaq.

Qeyd edək ki, qrupun digər matçında Polşa ilə Portuqaliya görüşəcək.

Çimərlik futbolu
A qrupu, III tur
29 iyun
18:00. İspaniya - Azərbaycan – 7:1

Elşad Manafov

1

Portuqaliya

2

2

0

0

12-7

6

2

Ispaniya

3

2

0

1

18-9

6

3

Polşa

2

1

0

1

8-8

3

4

Azərbaycan

3

0

0

3

5-19

0

 

0