Krakov-2023: Millimiz yenə uduzdu - YENİLƏNİB
28.06.2023 - 19:03
Krakov-2023:  Millimiz yenə uduzdu - YENİLƏNİB

Krakov-2023 III Avropa Oyunlarında çimərlik futbolu yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün qrup mərhələsində II turun oyunları keçirilir.

Azərbaycan millisi Avropa Oyunlarında ikinci matçına çıxıb. A qrupunda yer alan yığmamız Portuqaliya ilə qarşılaşıb.

İlk turda Polşaya 2:7 hesabı ilə uduzan millimiz meydana xal qazanmaq üçün çıxıb. Komandamız Orxan Məmmədovun qolu ilə hesabı açıb. Amma yığmamız üstünlüyü qoruya bilməyib və 2:5 hesabı ilə uduzub.

Qeyd edək ki, qrupun digər matçında Polşa İspaniya ilə üz-üzə gələcək.

Avropa Oyunları
Çimərlik futbolu
28 iyun
A qrupu, II tur

18:00. Portuqaliya - Azərbaycan - 5:2
Qollar: Orxan Məmmədov, 6, 31
 

0