Krakov-2023: Yığmamızdan məğlubiyyətlə start - YENİLƏNİB
27.06.2023 - 23:36
Krakov-2023: Yığmamızdan məğlubiyyətlə start - YENİLƏNİB

Krakov-2023 III Avropa Oyunlarında çimərlik futbolu yarışlarına start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün qrup mərhələsində I turun oyunları keçirilib

Azərbaycan millisi Avropa Oyunlarında ilk matçına çıxıb. A qrupunda yer alan yığmamız Polşa ilə görüşüb. Krakovda baş tutan qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb - 2:7. 

Qeyd edək ki, millimiz və meydan sahiblərinin yer aldığı qrupun digər matçında Portuqaliya İspaniyaya 7:5 hesabı ilə qalib gəlib.  

Avropa Oyunları
Çimərlik futbolu
27 iyun

22:30. Azərbaycan - Polşa - 2:7
Qollar: Elşad Manafov, 4, Fuad Hüseynov, 27
 

0