Kurban Berdıyev: “Bu barədə danışmaq üçün tezdir”
21.03.2026 - 20:02
Misli Premyer Liqasının XXV turunda "Turan Tovuz" "Qəbələ"ni məğlub edib.
Apasport.az xəbər verir ki, matçdan sonra Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Çətin oyun oldu. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə tərəf verdik. Lakin 2-ci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq üçün tezdir. Qarşıda matçlarımız var".
0
0