Kurban Berdıyev: “Bu gün heç nə alınmadı”
19.01.2025 - 19:31
Kurban Berdıyev: “Bu gün heç nə alınmadı”

Misli Premyer Liqasının XIX turunun “Kəpəz” - “Turan Tovuz” matçından (5:2) sonra qonaqların baş məşqçisi Kurban Berdiyevin mətbuat konfransı keçirilib.

- Son 8 oyunda 1 qələbə var. Səbəbi nədir?
- Təbii ki, müəyyən səbəbləri var. Sırf bu oyuna gəldikdə, bu gün heç nə alınmadı. Digər matçlara baxsaq, pis oynamamışdıq. Təhlillər edib səbəbləri axtaracağıq.

- Orxan Əliyevi transfer etməyinizin səbəbi nədir?
- Orxan pis futbolçu deyil. İlk matçıdır, bir az həyəcan var idi, Yavaş-yavaş düzələcək.

- Planlaşdırdığınız nələr alınmadı?
- Sadiq Quliyev ilk dəfəfir oynayırdı, Araş Qaderi xəstəlikdən sonra qayıdıb. Müdafiədəki problemlər öz təsirini göstərdi. Standart vəziyyətlərdə ciddi səhvlərimiz var idi. Belə qollar buraxacağımızı gözləmirdik. Çünki standart vəziyyətlərin üzərində çox işləyirdik.

- Ehtiram Quliyev bildirib ki, Kurban Berdiyev bizə avrokuboklar sözü verib. Bunun komandaya psixoloji təsiri oldu?
- Xeyr. Məqsəd eyni olaraq qalır. Sadəcə olaraq nəticələr çıxarıb yolumuza davam etməliyik.

0