Misli Premyer Liqasının X turunun "Sumqayıt" - "Turan Tovuz" matçından (2:4) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"İki fərqli hissə izlədik. "Zirə" ilə ilk hissədə pis oynadıqsa, ikinci əvəzetmələrdən sonra yaxşı oynamışdıq. Bu dəfə tamam əksi oldu. Səbəbini axtaracağıq".
- Komandanın müdafiə planında zəiflədiyini düşünürsüz?
- Yalnız müdafiəni götürmək olmaz. Müdafiə bütün komanda deməkdir. Burada da problemlər var idi.
- Birdən-birə 4 əvəzetməni niyə etdiz?
- Bir az yeniləmək istədik. Rəqib boşluqlar tapırdı. Buna görə əvəzetmələr etdik. Təəssüf ki, düşündüyümüzdən fərqli oldu. Ancaq "Zirə" ilə oyunda məhz bu oyunçular fərq yaradıb, xeyir vermişdilər.
- "Sumqayıt” matça yeni baş məşqçi ilə çıxmışdı. Bu, nəticəyə nə dərəcə təsir etdi?
- "Sumqayıt" haqda danışmayacam.
- Avqustda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlmişdinizsə, bu dəfə 4 qolluq qələbə qeydə alındı. "Turan Tovuz"un böyüdüyünü hiss edirsiz?
- İki oyunu müqayisə etsək, indi daha müdrik oynamağa başlamışıq. Həm hücumda, həm də müdafiədə belədir. Tovuzda da, burada da ikinci hissənin əvvəlini uduzmuşduq.
- Məhkəmə Riad Rəfiyevin jurnalistlərə qarşı şikayətini icraata götürmədi
- Mbappe işi bağlandı
- Artim Şakiri: "Bu fakt “Qarabağ” üçün üstünlükdür" - Müsahibə
- "Sumqayıt"ın əvəzedicilərindən daha bir biabırçılıq - Yenə texniki məğlubiyyət verildi
- Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarılıb - FOTO