Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”
16.08.2025 - 19:43
Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

Misli Premyer Liqasının I turu çərçivəsində “Turan Tovuz” səfərdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Təxmin etdiyimiz kimi ilk oyun ağır oldu. Rəqib yaxşı müdafiə olunurdu. Şükürlər olsun, qələbə qazandıq.

– Qol vurmaqda çətinlik çəkirsiniz. Bu problemi necə həll etməyi düşünürsünüz?
– İlk oyunlar həmişə ağır olur. Toplanışa gec qoşulan oyunçular oldu. İbrahima Vadjiyə hazır olmaq üçün vaxt lazımdır.

– İlk hissədə futbolçulara tez-tez əsəbləşirdiniz. Hansı tapşırıqlarınızı icra edə bilmirdilər?
– Bəzi məqamlar var ki, işləmişdik, amma alınmadı.

– Klub rəhbəri hədəflərinin çempionluq olduğunu dedi. Bugünkü oyunla həmin iddialara kölgə düşmədi?
– Məqsəd ciddidir və buna çatmağa çalışacağıq.

– Komandanın sol cinahında solaxay müdafiəçinin olmamağı problemdir?
– Düzdür, bu mövqe güclənməlidir. Müəyyən danışıqlarımız var.

– Neçə oyunçu transferi gözlənilir?
– Azı 2 istəyirik, görək necə alınır.

– Rəhim Sadıxovun sona qədər meydanda qalmasının səbəbi nə idi?
– Rəhimin pis oynadığını düşünmürəm. Böyük iş gördü.

– Legioner transferini David Tavareş nə üçün heyətdə yox idi?
– Təəssüf ki, zədələnib.Yavaş-yavaş bərpa olur. Güman edirik ki, bizə kömək edəcək.

– Veysəl Rzayev meydana daxil olandan sonra top ona gələndə azarkeşlər tərəfindən fitə basılırdı.Azarkeşlərlə arasında olan problem Veysəlin oyununa necə təsir edəcək?
– Veysəl oyunçumuzdur. Digərlərinə olduğu kimi ona da eyni yanaşıram.

– Kapitan Şəhriyar Əliyevin kənarda qalması nə ilə bağlıdır?
– Rəqabətlə bağlıdır. Bu mövsüm müdafiədə güclü rəqabət var. Bununla bağlı məsələdir. Kim güclüdürsə, oynayır.

– Veysəl Rzayevin azarkeşlərlə arasını düzəltməyə çalışacaqsınız?
– Bəli, çalışacağıq.