"Turan Tovuz" Misli Premyer Liqasının 8-ci turunda "Azersun Arena"da "Qarabağ"a 1:2 hesabı ilə uduzub.
Apasport.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, ikinci hissənin ilk 10 dəqiqəsində 2 qol buraxdıq. "Qarabağ" kimi komandaya qarşı oynamaq çətindir. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram.
- Son 15 dəqiqədə sanki komandada fiziki cəhətdən eniş var idi. Siz necə düşünürsünüz?
- Elə düşünmürəm. Fiziki baxımdan düşüş yox idi.
- İki hissə arasında hansı fərq var idi?
- Əvəzetmələr "Qarabağ"ın oyununu çox gücləndirdi. İkinci hissənin müəyyən qismində istədik ki, hesabı qoruyaq. Bu, bizə bir az mane oldu. Amma "Qarabağ"ın haqqını vermək lazımdır. Yaxşı oynadılar.
- Əvəzetmələrdə gecikdiyinizi düşünmürsüz?
- Xeyr, belə planlaşdırmışdıq.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."