Kuzmanoviç “Araz-Naxçıvan”da
21.07.2023 - 15:26
Kuzmanoviç “Araz-Naxçıvan”da

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti oyunçu keçidini həll edib. 

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bu gün bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümdə Naxçıvan klubunda çıxış edəcək.

O, karyerası ərzində vətənində “Modriça Maxima”, “Zvijezda”, “Banja Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib. Miço legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Mouscron”, Sloveniyanın “Rudar Velenje” və “Celje” klublarının heyətində çıxış edib. 

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsümü “Tuzla Sity”də keçirib. 
 

0