Hollandiyalı futbolçu Kvinsi Promes narkoticarətdə günahlandırılır.
Apasport.az-ın məlumatına görə, “Spartak”ın hücumçusu barədə cinayət işi açılıb.
2020-ci ildə Antverpendə müsadirə olunan külli miqdarda kokain ticarətində Promesin əlaqəsi olduğu üzə çıxıb. Telefon danışıqlarını dinləyən hüquq mühafizə orqanları futbolçunun dəstə ilə əlbir olduğunu sübuta yetirib. Kvinsi 650 və 720 kiloqramlıq iki hissəli dövriyyədə günahlandırılır. Hər şey aprel ayında 31 yaşlı şəxsin saxlanılmasından sonra üzə çıxıb.
Qeyd edək ki, əvvələr Promesin 400 kq kokain üçün 250 min avro ödədiyi xəbərləri yayılmışdı.
- Bu klublara avrokuboklarda iştirak üçün lisenziya verilib
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- “Qarabağ” “Araz Naxçıvan”ı darmadağın etdi – 12:0
- Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
- Leandro Qomeş: "Azərbaycanın “Karvan” kimi klublara ehtiyacı var"