Latviya çempionatında qol vuran azərbaycanlı: “Davamı gələcək”
18.03.2023 - 15:02
Latviya çempionatında qol vuran azərbaycanlı: “Davamı gələcək”

"Matça çox yaxşı başladıq və hesabda da irəli keçdik”.

Bunu apasport.az saytına açıqlamasında Latviyanın "Dauqavpils" klubunun futbolçusu Ramin Nəsirli deyib.

O, ikinci matçında çempionatda qolunu vurması barədə danışıb: “Sonra ilk hissənin sonunda rəqib penalti ilə bərabərliyi əldə etdi. Ümumiyyətlə, yeni komandayıq. Yəqin ki, gələcək turlarda daha yaxşı nəticələr olar. Qol vurduğuma görə çox şadam. Amma əsas komandamın qələbə qazanması idi. Əlbəttə ki, davamı gələcək. Bunun üçün mən də əlimdən gələni edəcəm".

Qeyd edək ki, “Dauqavpils” “Yelqava” ilə səfər görüşündə 1:2 hesabı ilə uduzub.
 

0