Leroy Mikels “Zirə”də - RƏSMİ
11.08.2025 - 19:13
Leroy Mikels “Zirə”də - RƏSMİ

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Leroy Mikelsi heyətinə qatıb.

Almaniyalı futbolçu ilə 2 illik müqavilə bağlanılıb. Mikels son mövsümdə “Şamaxı”nın formasını geyinib.

Qeyd edək ki, 30 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Borussiya” ll (Münhenqladbax) “Sankt Pauli” ll, “Allemaniya”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Veys Oberhausen”, Bolqarıstanın “Spartak” (Varna), Səudiyyə Ərəbistanının “Əl-Tarayi” klublarında çıxış edib.