“Lester”in Meddison planı
01.05.2023 - 14:43
“Lester”in Meddison planı

Ceyms Meddison “Lester”in heyətində son mövsümünü keçirir.

Apasport.az xəbər verir ki, klub yayda futbolçunun transferinə “yaşıl işıq” yandıracaq.

İngiltərə Premyer Liqasında işləri qaydasında getməyən “Lester”in rəhbərliyi bu addımı atmaqla maliyyə itkilərini sığortalamaq istəyir. Hazırda klubun 92,5 milyon funt büdcə kəsiri yaranıb. Meddisonun transfer qiyməti 45-60 milyon funt sterlinq dəyərləndirilir. 

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi ilə “Mançester Yunayted”, “Nyukasl” və “Tottenhem” kimi klublar maraqlanır.
 

0