“Lill”in yetirməsi “Neftçi”nin hədəfində
08.08.2023 - 11:04
“Lill”in yetirməsi “Neftçi”nin hədəfində

“Neftçi” heyətini gücləndirmək üçün transfer axtarışlarını davam etdirir. 

Apasport.az saytına məlumatına görə, Bakı klubunun transfer siyahısında yer alan oyunçulardan birinin adı bəlli olub.

“Ağ-qaralar” İmad Farajın xidmətində maraqlıdır. Fransalı futbolçu hazırda Kiprin AEK klubunda çıxış edir. 

24 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2025-ci il mayın 31-də başa çatacaq.  “Neftçi” rəhbərliyi onun keçidi üçün danışıqlara yaxın günlərdə başlamağı planlaşdırır.

Qeyd edək ki, yarımmüdafiəçi yetirməsi olduğu “Lill”, həmçinin “Belenenseş” və “Muskron”da forma geyinib.
 

0