“Liverpul”un öz meydanında xal itirərək Çempionlar Liqası şanslarını minimuma enib.
Apasport.az-ın məlumatına görə, “Aston Villa” ilə xalları yarıya bölən komandanın rəqibləri hər iki oyunda uduzduğu təqdirdə komanda arzusuna çata bilər.
“Nyukasl” və Mançester Yunayted”in uğursuzluqları ilə yanaşı Liverpul klubu yeganə matçında üç xal əldə etməlidir. Bütün bu variantlar real görünməsə də, komandanın azarkeşlərinin ümidləri tükənməyib.
“Arsenal” səfərdə məğlub olaraq, çempionluğu sabah meydana çıxacaq “Mançester Siti”yə əvvəlcədən hədiyyə edib.
Qeyd edək ki, köhnə-yeni çempion sabah “Lester”lə qarşılaşacaq.
37-ci tur
“Tottenhem” – “Brentford” – 1:3
“Liverpul” – “Aston Villa” – 1:1
“Vulverhempton” – “Everton” – 1:1
“Fulhem” – “Kristal Pelas” – 2:2
“Bornmut” – “Mançester Yun.” – 0:1
“Nottingem Forest” – “Arsenal” – 1:0
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
- Qurbanov Nərimanın gedişi barədə: "Onu da başa düşmək lazımdır"
- Ayxan Abbasov: “Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür"