
“Qarabağ”ın daha bir futbolçusu Ağdam klubunu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun oyunçusu Marko Yankoviç Avropa klublarının maraq dairəsindədir.
Yayda “Ural”a keçidi gündəmdə olsa da, sonda “Qarabağ”da qalmağa qərar verən monteneqrolu legioner digər Rusiya klubunun hədəfinə düşüb. Ağdam təmsilçisinin aparıcı üzvünə çevrilmiş Marko “Lokomotiv”in transfer siyahısında yer alıb.
Moskva klubu Yankoviçi heyətinə qatmaq üçün indidən “Qarabağ”la danışıq aparmaq istəyir. “Dəmiryolçular” keçidi qışda həll etməyi planlaşdırır.
Qeyd edək ki, Marko “Partizan”, “Teleoptik”, “Olimpiakos”, OFK, “Maribor”, SPAL, “Krotone”, “Beytar”, “Hapoel” (Təl-Əviv) klublarında da forma geyinib.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO