Lunyov “Qarabağ”da
19.08.2023 - 21:07
Lunyov “Qarabağ”da

“Qarabağ” rusiyalı qapıçı transfer edib.

Apasport.az-ın məlumatına görə, Azərbaycan çempionu Andrey Lunyovla müqavilə imzalayıb.

32 yaşlı qapıçı Ağdam klubuna sərbəst agent kimi qoşulub. “Qarabağ” Lunyovun müqaviləsinin detalları barədə rəsmi məlumat verməyib. Rusiyalı qolkiperlə 1+1 illik müqavilə bağlandığı bildirilir.

Qeyd edək ki, may ayında Leverkuzen “Bayer”indən ayrılan  Lunyov “Torpedo”, “İskra”, “Saturn”, “Ufa” və “Zenit” kimi klublarda da çıxış edib.
 

0