Lunyovdan növbəti medal - FOTO
22.03.2023 - 21:27
Güllə atıcısı Ruslan Lunyov Hindistanın Bopal şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, o, 10 metr məsafəyə atıcılıqda 2-ci yeri tutub. Qızıl medal isə yerli idmançı Sarabcot Sinqə qismət olub.
Qeyd edək ki, bu ayın əvvəlində Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında da gümüş medal qazanmışdı. Bununla da o, Olimpiadaya Azərbaycandan ilk lisenziya qazanan idmançı olmuşdu.
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
0
0