Lunyovun meneceri: “Lunyovun 200 min avroluq maaşı reallığı əks etdirmir”
19.08.2023 - 21:47
Lunyovun meneceri: “Lunyovun 200 min avroluq maaşı reallığı əks etdirmir”

“Qarabağ”ın yeni qapıçısı Andrey Lunyovun Rusiya klublarına keçmək variantı olub.

Apasport.az saytı xəbər verir ki, bu barədə qolkiperin meneceri açıqlama verib.

Anton Smirnov Andreyin 200 min avro maaş alması ilə bağlı fikirlərə də münasibət bildirib. O, “Qarabağ”ın təklifinin daha yüksək olduğunu etiraf edib: “Rusiya klublarından kağız üzərində rəsmi təklif almamışdıq. Düzdür, “Baltika”, “Rostov” və “Rubin”lə danışıqlar aparmışdıq. Lunyovun 200 min avroluq maaşı reallığı əks etdirmir. Amma “Qarabağ”ın təklifi Rusiyadakıları üstələyirdi”.

Qeyd edək ki, rusyalı qapıçı sərbəst agent kimi “Qarabağ”a keçib. Onunla 1+1 illik müqavilə imzalanıb.
 

0