Mahir dubl etdi, komandası məğlub oldu - VİDEO
19.04.2025 - 17:10
Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” bu gün öz meydanında "Paderborn”la qarşılaşır.
Ötən tur “Kayzerslautern”la görüşdə uzun müddətdən sonra start heyətə qayıdan və vacib qol vuran Mahir Emreli bu oyunda da ilk 11-likdə yer alıb.
O, 2-ci dəqiqədə hesabı açıb. Daha sonra isə Emreli matçın 90+3-cü dəqiqəsində ikinci qolunu vurub.
Qeyd edək ki, qonaqlar 2:3 hesablı qələbə qazanıblar.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
0
0